SON XƏBƏR

Naxçıvandakı hərbi hissələr “Həyəcan” siqnalı ilə ayağa qaldırıldı

Aprel 27
21:56 2017
Naxçıvanda komanda-qərargah təlimi keçirilir.
 
APA-nın məlumatına görə, təlim çərçivəsində qoşunların döyüşə hazırlığının yoxlanılması məqsədi ilə birləşmə və hissələr "Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.
 
Cəmləşmə rayonlarında idarəetmə sistemləri vasitəsilə qoşunların idarə olunması praktiki həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Əlahiddə Ümumqoşun Ordusunun birgə fəaliyyəti ilə tibb müəssisələrindən hərbi vəzifəli şəxslərin və təcili tibbi yardım maşınlarının səfərbərlik üzrə toplanması və təyinatı üzrə bölüşdürülməsi həyata keçirilib.
 
Şəxsi heyətin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi məqsədi ilə hərbi səhra hospitalının hərbi həkim heyəti tərəfindən səfərbərliyə alınmış hərbi vəzifəlilərə göstərici dərs və məşğələlər keçirilib.
 
Təlimin gedişində Naxçıvan səhiyyə naziri Niyazi Novruzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov, müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev səfərbərlik üzrə tibb müəssisələrindən təlimə cəlb edilmiş hərbi vəzifəlilərlə görüşüblər.
 
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun müxtəlif güc strukturları ilə birgə keçirilən komanda-qərargah təlimi davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook