SON XƏBƏR

Naxçıvanda Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramı təşkil olunub

İyun 27
12:12 2017
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunub. Bu münasibətlə Naxçıvan şəhərində Naxçıvan Qarnizonunun nümunəvi hərbi orkestrinin ifasında konsert proqramı təşkil edilib.
 
Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, orkestr tərəfindən marşlardan və Vətənə həsr olunmuş mahnılardan ibarət böyük konsert proqramı ifa olunub. Şəhər sakinlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konsert tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradıb.
 
Orkestrin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook