SON XƏBƏR

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb

İyul 19
01:47 2019
Milli dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində ailənin böyük rolu var. Ailələrin möhkəm olması üçün isə onun bütövlüyü qorunmalı, hər iki tərəf övladlarının milli-mənəvi dəyərlərə sadiq, təhsilli və sağlam böyümələrinə çalışmalıdır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Culfa rayonunun Yaycı kəndində keçirilən "Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbirdə bu barədə danışılıb.

Əvvəlcə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova çıxış edərək bu mövzuda təşkil edilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qadınların sağlamlığının qorunması, ailə planlaşdırılması, erkən nikahların fəsadları, nikahdan əvvəl tibbi müayinələrin vacibliyi haqqında ətraflı danışıb. Qeyd edib ki, muxtar respublikada ana və uşaqlara göstərilən qayğının və aparılan maarifləndirici tədbirlərin nəticəsində sağlamlıq imkanları məhdud uşaqların sayı ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.
 


Ramilə Seyidova deyib: "Aparılan təhlillərə görə, Culfa rayonu üzrə 16 min 735 uşaq vardır ki, həmin uşaqların da 200-ü sağlamlıq imkanları məhduddur. Bu da ümumi uşaqların 1,20 faizini təşkil edir. Muxtar respublika üzrə 1945 sağlamlıq imkanları məhdud uşaqlar vardır. Bu uşaqların da 10,3 faizi Culfa rayonunun payına düşür. Culfa rayonunun Yaycı kəndində isə 31 sağlamlıq imkanları məhdud uşaq yaşayır”.

"Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim- ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Culfa rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook