SON XƏBƏR

Naxçıvanda "Gömrük ekspertizasının aparılması Qaydaları”nda dəyişikliklər edilib

Mart 30
10:18 2019
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti "Gömrük ekspertizasının aparılması Qaydaları”nda dəyişikliklər edib.

"Report"un məlumatına görə, qərarı Muxtar Respublikanın Baş naziri Əlövsət Baxşıyev imzalayıb.

Qərar Azərbaycan Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilən "Gömrük ekspertizasının aparılması Qaydaları”nda dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2019-cu il 1 mart tarixli 72 nömrəli qərarına uyğun olaraq imzalanıb.

Qərara əsasən, ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edə biləcək. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook