SON XƏBƏR

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində işləmək istəyənlər imtahan veriblər

Avqust 17
17:51 2017
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi aparatında vakant vəzifələrin tutulması üçün elan edilən müsabiqənin test imtahanı təşkil olunub. Müsabiqədə 12 vakant vəzifənin tutulması üçün sənəd təqdim edən 37 namizəddən 35-i test imtahanında iştirak edib.
 
AZƏRTAC xəbər verir ki, imtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. Ədliyyə Nazirliyi aparatında vakant vəzifələri tutmaq istəyənlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib, onları cavablandırmaq üçün 3 saat vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan qurtardıqdan sonra namizədlərə cavab kartı və imtahanın nəticəsinə dair arayış təqdim olunub. İmtahanda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər.
 
Qeyd edək ki, imtahanda keçid balını toplayan namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook