SON XƏBƏR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Batumi şəhərindəki Baş Konsulluğun inzibati binası ilə tanış olub

May 12
18:11 2017
Batumi şəhərində rəsmi səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Batumi şəhərindəki Baş Konsulluğun inzibati binasını ziyarət edib.
 
Baş konsul Rəşad İsmayılov konsulluğun tələblərinə uyğun yenidənqurma işləri, binada aparılmış təmir işləri, yaradılan şərait barədə məlumat verib.
 
Binanın birinci mərtəbəsində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən fotoguşə yaradılıb.
 
Bina ilə tanışlıqdan sonra xatirə şəkli çəkilib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook