SON XƏBƏR

Naxçıvan Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib

Fevral 07
12:55 2018
Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq.
 
"Report”un xəbərinə görə, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.
 
Layihədə bildirilib ki, Vəli Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib.
 
Qasım Vəli oğlu Əliyevin vəzifəsinin dəyişdirilərək Naxçıvan Muxtar Respublikanın Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılması tövsiyə edilib.
 
Bu qərar imzalandığı gündən qüvvəyə minəcək.
 
Qeyd edək ki, V.Əliyev 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri idi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook