SON XƏBƏR

Naxçıvan Dövlət Universitetinin müəllimlərinə fəxri adlar verilib

Noyabr 02
08:15 2017
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetinin müəllimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
 
"Report" xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi ilə əlaqədar olaraq muxtar respublikada təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə, Allahverdiyev Əli Lazım oğlu, Cabbarlı Ələkbər Həsən oğlu, Eminov Mirhəsən Seyidəli oğlu, Eyvazov Seyfəddin İbrahim oğlu, Əliyev Akif Səttar oğlu, Əliyev Əkbər Nəbi oğlu, Əliyev Məmməd Həsən oğlu, Əsgərova Rəmziyyə Qəzənfər qızı, Hüseynov Yusif Hüseyn oğlu, Kəngərli İlqar İsmayıl oğlu, Quliyeva Ceyran Manaf qızı, Məmmədov Etibar Nəsrulla oğlu, Məmmədova İlhamə Mayıs qızı, Rzayev Vahid Məmməd oğlu, Süleymanov Əkbər Süleyman oğlu, Zeynalov Cavanşir İbrahim oğlu "Əməkdar müəllim" fəxri adı; İsmayılova Nəzakət Rza qızı "Əməkdar mədəniyyət işçisi" fəxri adı; Tağıyev Əvəz Zeynalabdın oğlu isə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adını alıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook