SON XƏBƏR

NATO təlimçiləri Azərbaycana gəlib

Yanvar 29
16:28 2020
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2020-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Brunsumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilir.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirak etdikləri kursda NATO-nun ekspertləri tərəfindən iştirakçılara Şimali Atlantika Alyansında əməliyyatların planlaşdırılması, layihələndirilməsi, qiymətləndirilməsi prosesi, məlumatların təhlili və digər mövzulara dair təqdimatlar verilir, praktiki qrup tapşırıqları həyata keçirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook