SON XƏBƏR

NATO sammitinin təhlükəsizliyi qartallara tapşırıldı

May 25
00:06 2017
NATO-nun Brüsseldə keçiriləcək sammitinin təhlükəsizliyini 4 min polis əməkdaşından başqa, xüsusi təlim görmüş qartallar da təmin edəcək.
 
Trend xəbər verir ki, Brüssel polisi qartalları kiçik pilotsuz uçuş aparatları ilə mübarizə məqsədilə təhlükəsizlik tədbirlərinə cəlb edəcək.
 
Sözügedən qartalların qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün qonşu Niderlandda xüsusi təlim keçdiyi bildirilir.
 
Bundan başqa, 29 ölkənin dövlət və hökumət başçılarının Zirvə toplantısının təhlükəsizliyini təmin etmək məqsədilə Brüsselə Lüksemburq polisi də dəvət olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook