SON XƏBƏR

NATO-nun Brüssel sammitinin vaxtı bilindi

Fevral 10
02:50 2017
NATO-nun builki Brüssel sammiti mayın 25-də keçiriləcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belçika Baş naziri Şarl Mişel söyləyib.

Qeyd edək ki, builki NATO sammiti dar çərçivədə keçiriləcək. Sammitin əsas məqsədi ABŞ-ın yeni prezidenti ilə tanışlıq olacaq.

NATO-nun bundan öncəki sammiti keçən ilin iyulunda Varşavada keçirilmişdi.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook