SON XƏBƏR

NATO ölkələri müdafiə xərclərini artırırlar

İyun 08
01:45 2018
NATO-ya üzv olan ölkələr müdafiə xərclərini cari ildə 3,8 faiz artırmaq və hərbi büdcələrinin 20 faizini avadanlıq və texnikaların alınmasına sərf etmək niyyətindədirlər.

"Gazeta.ru” yazır ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq bildirib.

"Bizdə dörd ildir müdafiə xərclərinin artımı müşahidə edilir. Müttəfiqlərimizin hamısı artıq xərclərin azaldılmasına son qoyublar. Müttəfiqlərin əksəriyyəti ÜDM-in 2 faizini müdafiə sahəsinə yönəldir. Cari ildə Avropadakı müttəfiqlərimiz və Kanada üzrə müdafiə xərclərinin 3,8 faiz artacağı gözlənilir”, - deyə Yens Stoltenberq qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook