SON XƏBƏR

NATO Gürcüstana dəstəyini gücləndirəcək

Dekabr 03
07:51 2020
NATO Gürcüstana praktiki və siyasi dəstəyini daha da gücləndirəcək.

Qlobal.az xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Gürcüstan üçün yenilənən substantiv paketin qəbulu ilə bağlı razılığa gəliblər.

Baş katib qeyd edib ki, XİN başçılarının bugünkü görüşündə NATO-ya üzv ölkələr Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini təsdiqləyiblər (report).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook