SON XƏBƏR

Natiq Əliyev ABŞ-a səfər edəcək

Aprel 24
17:45 2017
Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il mayın 1-dən 4-dək ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək, neft-qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan "Dənizdə Texnologiyalar Konfransı”nda Azərbaycanın nümayəndə heyəti də iştirak edəcək.
 
Energetika Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, nümayəndə heyətinə nazir Natiq Əliyev rəhbərlik edəcək.
 
Onun konfransda Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, Xəzərin enerji resursları, enerji mərkəzi kimi imkanları, dənizdə neft yataqlarının işlənməsində tətbiq edilən texnologiyalar barədə çıxışı nəzərdə tutulub.
 
120 ölkəni təmsil edən 2400-ə qədər iştirakçının qatılacağı bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platforma, neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malik konfrans kimi qiymətləndirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook