SON XƏBƏR

“National Geographic Kids” jurnalının Dağlıq Qarabağla bağlı yol verdiyi səhv aradan qaldırılıb - Nazirlik

Avqust 07
10:43 2019
Dünyaca məşhur elm və təhsil üzrə qeyri-mənfəət təşkilatlarından olan "National Geographic” Cəmiyyətinin dərc etdiyi və uşaqların məlumatlandırılması məqsədini daşıyan "National Geographic Kids” jurnalının internet səhifəsində ölkəmizlə bağlı təqdim edilən məlumatda Azərbaycan xəritəsində ciddi təhrifə yol verildiyi və ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin fərqli rəngdə təsvir olunduğu müəyyən edilib.

Bu barədə APA-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə operativ tədbirlər görüb.

Nəticədə Azərbaycanın xəritəsinə münasibətdə yol verilmiş təhrifin aradan qaldırılmasına nail olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin operativ müdaxiləsi nəticəsində adıçəkilən jurnalın internet səhifəsində respublikamızın xəritəsi artıq dəqiq və ərazi bütövlüyü qorunmaqla təsvir edilib.

Bu link (https://bit.ly/2T9FXAo) vasitəsilə Azərbaycan xəritəsi və müvafiq informasiya ilə tanış olmaq mümkündür. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook