SON XƏBƏR

NARAHATLIQ: Bakıdakı məktəblər nəzarətə götürüldü

Yanvar 18
14:46 2017
Qrip virusunun kütləvi yayılması ilə əlaqədar Bakıdakı orta məktəblər nəzarətə götürülüb.
 
Cebhe.info-ya daxil olan məlumata görə, ərazi üzrə səhiyyə müəssisəsinin əməkdaşları məktəblərdə qrip virusunun yayılma dərəcəsi ilə tanış olub. 
 
Məktəblərdə siniflər üzrə aparılan müşahidələrin nəticələri ümumiləşdirilib. Tibb işçiləri vəziyyətin ciddiliyini nəzərə alaraq sinif rəhbərlərinə və şagirdlərə müəyyən tapşırıqlar veriblər. 
 
Qripə yoluxan şagirdlərə dərsə gəlməmələri, qoruyucu maskalardan kütləvi istifadə tapşırılıb. Eyni zamanda sinif rəhbərlərinə xəbərdarlıq olunub ki, xəstə halda məktəbə gələn şagirdlər kollektivdən kənarlaşdırılmalıdır. 
 
Qeyd edək ki, bu günlərdə Səhiyyə Nazirliyi H3N2 qrip virusunun Azərbaycanda aşkar edilməsi ilə bağlı məlumat verib. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook