SON XƏBƏR

“Nar” Gəncə əmək yarmarkasında iştirak etdi

İyun 06
19:56 2018
"Nar” Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən təşkil edilmiş əmək yarmarkasında iştirak edib. Çoxsaylı şirkətlərin iştirak etdiyi yarmarkada mobil operatorda marketinq və satış istiqamətləri üzrə müxtəlif vakant vəzifələrə sənəd qəbulu təşkil edilib.

Qlobal.az xəbər verir ki, mayın 31-də, Gəncə şəhərində keçirilmiş yarmarkadakı "Nar” stendi şəhər sakinlərinin böyük marağına səbəb olub. Bundan əlavə, stend ziyarətçiləri "Nar”-ın yay təcrübə proqramlarında iştirak barədə məlumat əldə ediblər.

Xatırladaq edək ki, daha öncə ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında "Nar” operatoru "Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülmüşdü. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook