SON XƏBƏR

“Nar“ abunəçiləri həftə sonlarında pulsuz danışır - Necə qoşulmaq olar?

May 19
01:55 2018
"Nar”-ın yeni "Pulsuz həftəsonu” kampaniyası sayəsində artıq bütün Nar abunəçiləri həftənin şənbə və bazar günləri öz aralarında pulsuz danışa bilər. 

Kampaniyaya qoşulmaq üçün 777 qısa nömrəsinə SMS-lə "heftosunu” yazıb göndərmək kifayətdir. Kampaniyadan istifadə etmək tamamilə ödənişsizdir.

Qeyd edək ki, həftə sonlarında pulsuz danışıq imkanından yararlanmaq üçün həftə içi günlərində (bazar ertəsindən cümə gününə kimi) Nar nömrəsi 2 AZN məbləğində balans istifadə etməlidir. Həftə ərzində bütün istiqamətdə zənglərə, SMS-ə, mobil internetə və həmçinin Turbo paketlərinə sərf olunan məbləğlər hesaba alınır və 2 AZN-dən çox olduğu halda, həftə sonlarında şəbəkədaxili zəng xidməti pulsuz təqdim edilir. 

Şənbə və bazar günlərində təqdim olunan pulsuz zənglərin həcmi 500 dəqiqə olaraq müəyyən olunub.

"Pulsuz həftəsonu” və digər kampaniyalar haqqında ətraflı məlumatı nar.az saytında əldə edə bilərsiniz.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook