SON XƏBƏR

Naira Zohrabyan: “Ermənistan hakimiyyəti xalqı talan edir”

Mart 28
00:11 2017
Deputatlığa namizəd valideynlərə müraciət etdi: "Uşaqlarınızı məktəbə buraxmayın!”
 
"Seçkilərə sayılı günlər qaldıqca Ermənistanda siyasi ehtiraslar daha da qızışmaqdadır. Bu gün Ermənistan hakimiyyəti xalqı talan edir".
 
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir bəyanatla Kotay vilayətinin Qarni kəndindəki seçicilərlə görüşündə "Tsarukyan” seçki blokunun deputatlığa namizədi Naira Zohrabyan çıxış edib.
 
Daha sonra ittihamlarına davam edən Zohrabyanın sözlərinə görə, hakimiyyət hər şeyi edir ki, insanlar ölkədən getsinlər, ölkədə qalanlar isə ümidsiz vəziyyətdə yaşasınlar. "Bu hakimiyyət bizi qarət edib. Onlar hər şeyi ediblər ki, bizim ölkədə ləyaqətlə yaşayan vətəndaş qalmasın”,-N.Zohrabyan deyib. Onun sözlərinə görə, hakimiyyət xalqa mal-qara kimi baxır.
 
N.Zohrabyan cinayətkar hakimiyyətlə ortaq olan məktəb direktorlarının saxtakarlıq prosesində iştirakından da bəhs edib. Bunun ardınca, valideynlərə xitabən uşaqları məktəblərə buraxmamaqla bağlı çağırış edib. Mətbuatda geniş yayılan bu çağırış isə Ermənistanda ciddi rezonans doğurub. Ermənistanın Ombudsmanı isə deputatı bu çağırışa görə tənqid edib. Onun ombudsman aparatının yaydığı bəyanatda bildirilir ki, N.Zohrabyanın nümayişkəranə şəkildə valideynləri öz övladlarını məktəblərə göndərməkdən imtina etməklə bağlı çağırışı uşaq hüquqlarının, o cümlədən onların təhsil hüququnun pozulmasıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook