SON XƏBƏR

Nailə İslamzadə: “İki qardaşım rəhmətə gedib”

Fevral 14
01:15 2017
"ARB TV”də yayımlanan "Ömrün fəsillər” verilişinin qonağı əməkdar artist Nailə İslamzadə olub

Axşam.az-ın məlumatına görə, aparıcı ailəsi haqda danışıb:

"Ailəm Bakıda qalmağımı istəmirdi. Mən də işə girdim, düşündüm ki, bir az işləyib sonra gedərəm. Öz evimizə, rayonumuza çox bağlı idim. Amma elə oldu ki, burada qaldım, ailə həyatı qurdum. Ailəm televiziyada hansı komanda ilə işlədiyimi, hansı şəraitdə çalışdığımı görüb sakitləşdilər. Televiziyada məni yaxşı qarşıladılar. Sonradan sirli səbəblərə görə arada narazılıqlar oldu. Onlar da sonradan sovuşub getdi. Çox çalışqan idim. Əlimdə kitab, arasında qəzet tutub təcrübəli diktorların arxasınca gəzirdim. Onları oxumamış, efirə çıxmazdım.

Televiziyada işləyəndə atam rəhmətə getdi. Onun yasını yola verib, efirə çıxıb normal yola verirdim. Qardaşımın biri xərçəng idi, xəstəlikdən öldü, digəri isə qəzada. Hər iki qardaşım rəhmətə gedəndə Azərbaycanda olmamışam. TRT Avaz-da veriliş aparırdım, yazırdım. Təsadüfən fasilə oldu və "Facebook"a girdim, gördüm ki, başsağlığı verirlər mənə. Sonradan anladım ki, belə hadisə olub, qardaşım vəfat edib və mənə demirlər. Bilmədim necə edim, necə aparım verilişi. Məcburən verilişi apardım. Hələ elə ağır veriliş aparmamışdım".





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook