SON XƏBƏR

Naftalanda “Novruz bayramı” təntənə ilə qeyd olundu

Mart 16
17:19 2018
16 mart 2018-ci il tarixdə Naftalan şəhərində xalqımızın əziz və milli bayramı-Novruz bayramı münasibətilə ümumşəhər bayram şənliyi keçirilib.
    
Naftalan şəhər Heydər Əliyev meydanında keçirilən el şənliyində Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə Novruz tonqalı alovlandırılıb. Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bayram münasibətilə şəhər əhalisini təbrik edib və onlara bahar bayramında sevinc və xoşbəxlik arzulayıb.
   
Şənlik konsert proqramı ilə davam etdirilib. Novruzun simvolları olan bahar qız, kosa, keçəl insanlarda xoş ovqat yaradıb.
 
Tədbir keçirilən meydanda milli musiqinin sədaları altında uşaqlardan ibarət rəqs qruplarının çıxışı şənliyə daha da rəng qatmışdır.
 
Qlobal.az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook