SON XƏBƏR

Naftalanda “Dövlət Bayrağı Günü” qeyd olundu

Noyabr 08
16:11 2017
08 noyabr 2017-ci il tarixdə Naftalan şəhərində 9 noyabr- "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirilib.
 
Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti də iştirak edirdilər.
 
Tədbiri Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açaraq 9 noyabr-"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə iştirakçıları təbrik etdi və bu günün əhəmiyyətindən danışdı. Qeyd etdi ki, 17 noyabr 1990-cı il tarixdə Naxçıvan Ali Məclisinin sesiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın Dövlət Bayrağı elan edilməsi ilə bağlı qərar qəbul edilmişdir. 2009-cu il noyabrın 17-də Prezident cənab İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
 
Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Kübra Məmmədova müstəqillik rəmzimiz olan Dövlət Bayrağımızın yaranması tarixindən danışdı.
 
Qlobal.Az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook