SON XƏBƏR

Naftalanda “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” bayramı qeyd olunub

Dekabr 30
00:25 2017
29 dekabr 2017-ciil  tarixdə "31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” və "Yeni il” bayramı münasibətilə təntənəli ümumşəhər bayram tədbiri keçirilib.

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək şəhər sakinlərini və tədbir iştirakçılarını xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeş və vətənə sədaqətinin rəmzi olan "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və "Yeni il” münasibəti ilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən, əlamətdar gün ilə bağlı Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
 
Natiq Aslanov 2017-ci ilin uğurlarını qeyd edərək bildirib ki, qarşıdan gələn 2018-ci ildə də ölkə prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi dövlət proqramlarına uyğun olaraq hər bir sahədə yeni layihələr reallaşdırılacaq və nəzərdə tutulan işlər uğurla yerinə yetiriləcəkdir.
     
Tədbir bayram konserti ilə davam etdirilib.
 
Tədbirin sonunda şaxta baba uşaqlara bayram hədiyyələri paylayıb.
 
Qlobal.Az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook