SON XƏBƏR

Naftalan şəhərində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir

Mart 30
17:17 2020
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə Naftalan şəhəri ərazisində əhalinin sıx toplaşdığı ərazilərdə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə yaradılan mobil qruplar şəhərin müxtəlif küçələrində, parklarda karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.
   
Həmçinin polis əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə  səsgücləndiricilər vasitəsi ilə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa, xüsusi karantin rejiminin digər tələblərinin yerinə yetirilməsinə çağırırlar.
   
Şəhər sakinlərinin daha sıx olduğu yerlərdəki mövcud oturacaqlar yığışdırılıb, binaların həyətindəki söhbətgahların girişləri  lentlər vasitəsilə bağlanıb, ictimai-iaşə obyektlərinin işinə nəzarət gücləndirilib.
   
Nazilər Kabineti yanında Operativ Qərərgahın rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması ilə əlaqədar müvafiq Qərarına əsasən polis əməkdaşları tərəfindən şəhərin giriş-çıxış hissələrində postlar qurulub, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənt təsərrüfatı, sosial xidmət məqsədli, həmçinin yük avtomobillərinin hərəkəti istisna olmaqla, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
     
Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və digər zəruri işlərin görülməsi  gün ərzində davam etdirilir.
 
   #EVDƏQAL

Aşağıdakı QAYNAR XƏTT nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
 
Naftalan Şəhər İcra Hakimiyyəti
          Tel: (022) 352-14-37 
       
Naftalan şəhər Mərkəzi Xəstəxanası PHŞ
         Tel: (022) 352-16-24
   
ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsi
         Tel: (022) 352-30-55, 352-25-53
 
Qlobal.az 
 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook