SON XƏBƏR

Naftalan şəhərində Xocalı faciəsinin 26-cı ildönümü anıldı

Fevral 26
16:53 2018
26 fevral 2018-ci il tarixdə Xocalı faciəsinin iyirmi altıncı ildönümü münasibətilə Naftalan şəhərində geniş anım tədbiri keçirilib.
 
Tədbirdə şəhər rəhbərliyi, hüquq-muhafizə orqanlarının əməkdaşları, səhiyyə və təhsil işçiləri, həmçinin şəhər ictimayətinin nümayəndəri iştirak ediblər. 
 
Şəhər ictimaiyyəti Naftalan şəhərində Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstəsi qoyublar.
 
Sonda Xocalı faciəsi qurbanlarının və şəhidlik zirvəsinə yüksəlmiş insanların əziz xatirəsinə dualar oxunub.
 
Qlobal.az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook