SON XƏBƏR

Naftalan şəhərində Xocalı faciəsinin 25-ci ildönümü anıldı (FOTO)

Fevral 25
11:53 2017
25 fevral 2017-ci il tarixdə Xocalı faciəsinin iyirmi beşinci ildönümü münasibətilə Naftalan şəhərində ümumşəhər anım mərasimi keçirilib.
          
Tədbirdə şəhər rəhbərliyi, hüquq-muhafizə orqanlarının əməkdaşları, səhiyyə və təhsil işçiləri, həmçinin şəhər ictimayətinin nümayəndəri iştirak ediblər.
      
Şəhər ictimaiyyəti Naftalan şəhərində Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstəsi qoyublar.
       
Sonda Xocalı faciəsi qurbanlarının və şəhidlik zirvəsinə yüksəlmiş insanların əziz xatirəsinə dualar oxunub.
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook