SON XƏBƏR

Mövlud Çavuşoğlu: İraq PKK-dan tam təmizlənənədək lazımi tədbirlər davam edəcək

İyul 06
16:55 2018
Türkiyə ilə ABŞ-ın hərbi birləşmələrinin Suriyanın Münbiç bölgəsində həyata keçirdiyi xüsusi antiterror əməliyyatı qrafikə uyğun davam edir. Əməliyyat nəticəsində YPG/PKK terror təşkilatı bölgədən çəkilib. Münbiç terrorçulardan təmizlənəndən sonra əməliyyatlar başqa bölgələrə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Anadolu agentliyinə müsahibəsində məlumat verib. Nazir vurğulayıb ki, İraq PKK-dan tam təmizlənənədək lazımi tədbirlər davam edəcək.

Nazir, həmçinin iyunun 24-də ölkədə keçirilmiş növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin nəticələri, Avropa Birliyi ilə münasibətlər, ABŞ-ın bölgə dövlətləri ilə bağlı qərarları, həmçinin Türkiyənin Rusiyadan almaq istədiyi "S-400” müdafiə sistemi və s. məsələlərə dair sualları cavablayıb.

Terrorçuluqla mübarizədə qətiyyətli olduqlarını diqqətə çatdıran Mövlud Çavuşoğlu bildirib ki, PKK terror təşkilatının simvollarının təbliğini qadağan edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook