SON XƏBƏR

Muxtar Babayev yeni aparat rəhbəri təyin etdi

İyun 12
11:36 2018
Ekologiya və Təbii Sərvətlər nazirliyinə yeni aparat rəhbəri təyin olunub.
 
Unikal.org-un əldə etdiyi məlumata görə, nazir Muxtar Babayevin əmri ilə Kərimov Vüqar Nəzir oğlu qurumun aparat rəhbəri təyin olunub.
 
Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təsdiqləyiblər.
 
Qeyd edək ki, Vüqar Nəzir oğlu Kərimov bundan əvvəl Azərikimya İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini vəzifəsində çalışıb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook