SON XƏBƏR

Müxalifət sabah Paşinyanın xəyanət faktlarını açıqlayacaq

Dekabr 04
08:28 2020
Ermənistan müxalifəti və ziyalıları dekabrın 5-də saat 15:00-da Yerevandakı "Azadlıq” meydanında ümumxalq mitinqi keçirəcək.

"Report” xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan özünün feysbuk səhifəsində yazıb.
 
"Mitinqin gedişatında baş nazir vəzifəsinə vahid namizəd Vazgen Manukyan (Manukyanın namizədliyi-red) təqdim ediləcək. Bundan başqa, NP-nin (Nikol Paşinyan – red) torpaqlarla bağlı xəyanət faktları açıqlanacaq", - o sosial şəbəkədəki hesabında yazıb.

Daha əvvəl bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə müxalifətdən vahid namizəd, ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan ola bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook