SON XƏBƏR

Müxalifət Lalə Şövkəti və ALP-ni niyə öz tədbirində görmək istəməyib?

Noyabr 06
13:12 2019
"Liberal Partiyanın və Lalə Şövkətin müxalifətin dialoquna dəvət edilməməsini şərh etmək istəmirik. Bu, hər kəsin öz işidir. Amma partiyamızın adından hər kəsə uğurlar arzulayıram”.

Bunu Reyting.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan müxalifətin dünən keçirilən tədbirinə dəvət olunmamalarına münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, cəmiyyətin, millətin və dövlətin inkişafı üçün mütləq müxalifətin müəyyən hissəsi sağlam, savadlı, ardıcıl şəkildə birlikdə olmalıdır.

ALP-nin özünün müxalifətin birliyində iştirakda maraqlı olub-olmadığına gəldikdə, Ə. Temirxan xatırladıb ki, onların birləşmə və sonradan yarı yolda qalmaq təcrübəsi çoxdur: "Bizim düşüncəmizə görə ölkə müxalifəti məhz ALP-nin birlik konstruksiyasında iştirakını hiss edərsə, o zaman müzakirə aparmaq olar. İndi yox, çünki indi hələ çox tezdir. Bununla belə biz müxalifətin müəyyən kəsiminin birlik axtarışını alqışlayırıq”.

Əli İnsanovun müxalifətin birlik formatında iştirakı və buna görə sosial şəbəkələrdə ciddi tənqid edilməsini normal sayan ALP sədri hesab edir ki, insanlar müxtəlifdir: "Hamının xoşuna gəlmək mümkün deyil. Mən də sosial şəbəkələrdən görürəm ki, İnsanovun bu formatda olmasına etirazlar var. Əslində iki Əli İnsanov var. Bir keçmiş, 2005-ci ilə qədər olan İnsanov var, bir də ondan sonrakı İnsanov. İnsanları keçmişinə görə tənqid etmək lazımdır. Amma "Sən müxalifətdə ola bilməzsən”, - anlayışı doğru deyil”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook