SON XƏBƏR

Musiqili Teatrın dekabr repertuarı zəngindir

Noyabr 29
12:10 2016
Azərbaycan Dövlət Musiqili Teatrı dekabr ayı üçün repertuar planını açıqlayıb.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - "O olmasın, bu olsun”, "Ər və arvad” (Ü. Hacıbəyli), "999-cu gecə” (F. Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında), "Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), "Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), "Toya bir gün qalmış” (Ə. Səmədli), "www.ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), "Kimdir müqəssir?” (Ə.Haqverdiyev), "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), "Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev) və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar "Fransızsayağı qarnir” (M. Kamoletti), "Düyməcik” (H.K. Anderson), "Qızıl cücə” (V. Ulanovski, V. Orlov), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), "Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), A. Sadıqovun səhnələşdirdiyi "Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), "Meşə çaqqalsız olmaz” (Ə. Səmədli) və başqa səhnə əsərlərini izləyə biləcəklər.
 
Ay boyu nümayiş olunacaq səhnə əsərlərində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, milyonların sevimlisi, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artistləri Fatma Mahmudova və Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Cingiz Əhmədov, Emma Məlikova, Boris Qrafkin, Əzizağa Əzizov, Svetlana Bulax, Almaz Ələsgərli, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Firuz Məmmədov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Marina Litvinenko, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Elçin İmanov, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Aydan Həsənova, Nicat Əli, Yuliya Heydərova, Rauf Babayev, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev, Gültac və Hüseyn Əlililər, Əmrah Dadaşov, Şaban Cəfərov, Nigar Qarayeva, Nahid İsgəndərzadə, teatrın 10 yaşlı aktyoru Rahib Məmmədzadə və başqalarının ifalarını izləyə biləcəklər.
 
Azərbaycan Dövlət Musiqili Teatrı 2016-cı ili xoş notlarla başa vurmaq istəyən hər kəsi təqdim etdiyi maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook