SON XƏBƏR

"MusicGallery" müştərilərini aldatdı: kampaniya fiaskoya uğradı

İyun 15
14:20 2017
Bakıda yerləşən "MusicGallery" mağazası müştərilərini aldadıb.
 
Qlobal.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, mağazanın dünən elan etdiyi kampaniyanın yalan olduğu məlum olub. Belə ki, yüzlərlə müştərini 28 Mall və Əhmədli filiallarına toplayan mağaza rəsmiləri endirim edilən məhsulların bitdiyini bildiriblər.

Müştərilər mağazanın sosial şəbəkə səhifəsində paylaşdığı fotoya yalan elan verdiyi üçün çoxsaylı şikayət və təhqirlər yazıblar.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook