SON XƏBƏR

Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq

Sentyabr 22
17:23 2017
Milli Şuranın sentyabrın 23-də keçiriləcək mitinqinin təşkilatçıları Müsavat Partiyasına müraciət etməyib.
 
Bu barədə "Report”a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bildirib ki, buna görə də Müsavat Partiyasının Milli Şuranın mitinqinə qatılmaqla bağlı qərarı yoxdur.

G.Aslanlı qeyd edib ki, kütləvi etiraz aksiyalarının keçirilməsi Müsavat Partiyasının gündəliyindədir:"Bununla bağlı müzakirələr davam etdirilir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook