SON XƏBƏR

Müsavat Partiyası BŞİH qarşısında aksiyaya hazırlaşır

Noyabr 06
16:17 2019
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb.

Məlumata görə, BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. 

Müsavat Partiyası isə noyabrın 10-na təyin etdiyi mitinqi keçirməyəcək. Bu barədə APA-ya partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, Müsavat Partiyası noyabrın 10-a təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə 3 yer təklif etmişdi: "Lakin Bakı şəhər İcra Hakimiyyətinin cavabını qanunsuz sayırıq və buna etiraz olaraq İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcəyik. Noyabrın 12-də BŞİH-in binası qarşısında piketin keçirilməsi üçün xəbərdarlıq məktubu göndərəcəyik”.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı müraciətinə bu gün cavab verib.

Bildirilib ki,  BŞİH-də müraciətə baxılıb və və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.
 
(Qaynarinfo.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook