SON XƏBƏR

Müsavat başqanı Abbas Lisaniyə azadlıq tələb etdi

İyul 09
11:07 2019
Xəbər verdiyimiz kimi, tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib

Müsavat Partiyasının başqanı Arif Hacılı Abbas Lisaniyə azadlıq tələb edib:

"İran molla rejimi Azərbaycan milli fəalı, Güney Azərbaycanda mədəni-milli azadlıqlar uğrunda mübarizə aparan soydaşımız Abbas Lisaniyə qondarma ittihamlara 8 il həbs, 2 il sürgün cəzası verib.

Güneyli, Güzeyli Azərbaycanımızda hüquqlarımız pozulur, ərazilərimiz düşmən tapdağı altında, azadlığımız uğrunda vuruşanlar həbsdə, sürgündə…

Mübarizə davam edir. Sonadək mübarizə aparanlar qalib gələcək! Abbas Lisaniyə azadlıq!"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook