Musa Quliyev: "Əhalinin rifah halı daha da yaxşılaşır”
Sentyabr 11
00:19
2019
"Dövlətimizin həyata keçirdiyi sosial siyasət cəmiyyətimizdə rəğbətlə qarşılanır. Bu il ölkə Prezidenti tərəfindən iki dəfə böyük sosial paket qəbul olunub. Bunun nəticəsində də əhalinin rifah halı daha da yaxşılaşır”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, sosial paketdə 30-dan çox fərman və sərəncam öz əksini tapıb. Bu paket vasitəsilə 4 milyondan çox vətəndaşımızın sosial rifah halı yaxşılaşıb. Pensiyalar, sosial müavinətlər, təqaüdlər, əməkhaqqı artıb.