SON XƏBƏR

Musa Quliyev: Azərbaycanın qazandığı nailiyyətlərin əsasında duran mühüm amillərdən biri möhkəm ictimai-siyasi sabitlikdir

İyul 19
12:30 2018
«Azərbaycanın qazandığı nailiyyətlərin əsasında duran mühüm amillərdən biri möhkəm  ictimai-siyasi sabitlikdir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.
 
M.Quliyev bildirib ki, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur. Onun sözlərinə görə, Azərbaycanın gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir.
 
«Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor iqtidarın həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Azərbaycan vətəndaşları da son 15 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Məhz bu amil də Azərbaycan vətəndaşlarının iqtidarın həyata keçirdiyi siyasətə inam və dəstəyini şərtləndirən mühüm faktorlardandır. Bütövlükdə, Azərbaycan vətəndaşları ölkəmizdə həyata keçirilən demokratik islahatları, əldə edilmiş siyasi və iqtisadi nailiyyətləri yüksək qiymətləndirir, ölkəmizdə ictimai-siyasi sabitliyin və etibarlı təhlükəsizlik mühitinin mövcud olmasının təqdirəlayiq hal olduğunu bildirir»-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook