SON XƏBƏR

Murad Bozu yarım milyona toya gətirən Ədliyyə nazirliyinin şöbə müdiri imiş - FOTOLAR

Yanvar 15
15:50 2018
Ötən gün Bakıda baş tutan səs-küylü toy mərasimi haqda xəbərlər səngimək bilmir.
 
Qlobal.Az-ın Axşam.az-a istinadən verdiyi məlumatına görə, bir çox əcnəbi ulduzun qonaq olduğu toyun səbəbkarlarının kimliyi məlum olub. Məlumata görə, gəlin "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir. Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar. Qeyd edək ki, Ə.Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır. Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli də olub.
 
Qeyd edək ki, "Qafqazinfo" saytı bəyin atası Fərhad Həsənovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayevanın isə "Moskva" univermağının sahibi olduğunu yazıb.
 
Qlobal.Az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook