SON XƏBƏR

Murad Boz Azərbaycana 500 minə gəldiyi toyun görüntülərini paylaşdı - VİDEO

Yanvar 18
20:13 2018
Türkiyənin məşhur ulduzu Murad Boz Bakıda çıxış etdiyi toyun görüntülərini yayımlayıb.
 
Pop ifaçısı rəsmi "Youtube” səhifəsində Azərbaycanın Bakı və Türkiyənin Osmaniyə şəhərlərinə səfəri zamanı lentə alınan video yerləşdirilib. 

Həmin kadrlarda paytaxtımızın görüntüləri, Muradın gəlişi, dəbdəbəli toya hazırlığı və səhnədə çıxışı yer alıb. 

O, "Bakı, ötən gün təyyarəyə çata bilmədim. Bu gün özümü çatdırmışam” deyə açıqlama verərək ona ayrılan otelə gedib. M. Boz Bakıdakı çıxışından dərhal sonra Türkiyəyə qayıdıb. 

Xatırladaq ki, yanvarın 13-də yerli və xarici məşhurların iştirak etdiyi dəbdəbəli toyun səbəbkarları Güləndam Əhmədzadə və Fərrux Həsənovdur.
 
Bəyin atası Fərhad Həsənov Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayeva isə "Moskva” univermağının sahibəsidir.
 
Həmçinin, gəlinin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsi olduğu bildrilir. 
 
Qeyd edək ki, məlumatlara görə, Murad Boz toya yarım milyon manata gəlib.
 
Ancaq deyilən rəqəm toy sahibləri tərəfindən rədd edildi.
 
Qlobal.Az videonu təqdim edir:


Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook