SON XƏBƏR

Münxendə "Oktoberfest" festivalı başlayıb

Sentyabr 17
09:14 2017
Dünənn Almaniyanın Münxen şəhərində dünyanın ən böyük pivə festivalı olan "Oktoberfest" başlayıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu ilki festival sayca 184-cı olacaq.

Ənənəyə görə, Bavariya paytaxtının ober-burqomustri Diter Rayter xususi kranı yenicə hazırlanan pivə çəlləyinin içinə vururaq "O'zapft" ("Ağzı açıldı") sözləri festivalı açıq elan etdi.

Qeyd edək ki, "Oktoberfest" ilk dəfə 12 oktyabr 1810-ci ildə vəliəhd Lüdviq və şahzadə Terezanın nikahı münasibətilə keçirilib. Festival hər il 1 milyard avrodan çox gəlir gətirir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook