SON XƏBƏR

Müğənni Fədayə Laçın və Penitensiar Xidmətin əməkdaşlarının məhkəməsi başlayır

İyul 24
12:38 2018
Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının, Penitensiar Xidmətin əməkdaşlarının və digərlərinin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, cinayət işi hakim Azad Məcidovun icraatında araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası avqustun 3-nə təyin edilib.

Cinayət işi üzrə ümumilikdə 13 nəfər təqsirləndirilən şəxs var.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook