SON XƏBƏR

Müəmma: 6 manat kapitalı olan şirkət 2.3 milyonluq tenderin qalibi elan edildi

Sentyabr 24
10:29 2020
Ağdaş rayon İcra Hakimiyyəti tikintisi işlərinin satın alınması üçün keçirdiyi tenderin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, tenderi "Simmetriya” MMC qazanıb.

İcra hakimiyyəti Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi işlərinin satın alınması üçün "Simmetriya” MMC ilə 2 milyon 340 min 195 manat məbləğində müqavilə imzalayıb.

Qeyd edək ki, "Simmetriya” MMC 18 noyabr 2002-ci ildə 6 manat nizamnamə kapitalı ilə yaradılıb. MMC-nin qanuni tamsilçisi Ağa Ağayev Xəqani oğludur.
 
Şirkətin hazırda 3 min 191 manat vergi borcu var.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook