SON XƏBƏR

Müəllimə və şagirdləri Bakı nefti barədə maraqlı video-rolik hazırladılar

May 09
14:41 2020
Bu gün faşizm üzərində tarixi Qələbədən 75 il keçir.
 
İkinci dünya müharibəsində faşist Almaniyası üzərində qələbənin qazanılmasında Bakı neftinin də mühüm rolu olub. 
 
Hər il 9 may tarixində Azərbaycanın qəhrəman hərbçiləri ilə yanaşı, əzmkar neftçilərinin də xatirəsi məhəbbət və hörmətlə anılır. 
 
Bakı şəhərində fəaliyyət göstərən 67 saylı tam orta məktəb tarixi qələbənin qazanılmasında danılmaz rolu olan Bakı nefti haqqında maraqlı video-rolik hazırlayıb. 
 
Qeyd edək ki, video-roliki 67 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Yeganə Məmmədova və şagirdləri ərsəyə gətirib. 
 
Qlobal.az roliki təqdim edir:
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook