SON XƏBƏR

Müəllif Hüquqları Agentliyinə verilmiş avtomobillər geri alınır

Dekabr 21
12:28 2017
Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən verilmiş avtomobillər geri alınır.

"Report”un xəbərinə görə, bununla bağlı Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edilib.

Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

İndiyədək Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən 2 avtomobil verilib.

Avtomobillərin geri alınması Müəllif Hüquqları Agentliyinin publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədardır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook