SON XƏBƏR

Müdafiə Nazirliyi “Polonez”ləri poliqona yeritdi - FOTOLAR (VİDEO)

Mart 12
11:14 2019
Azərbaycan Silahlı Qüvvələrinin dünəndən başlayan irimiqyaslı təlimləri davam edir.

Qlobal.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlər çərçivəsində müxtəlif qoşun növlərini poliqonlara yeridilir.

Keçirilən genişmiqyaslı təlimin niyyətinə uyğun olaraq Əməliyyat-taktiki raket bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək təyin edilmiş marşrutlarla marş keçiriblər.

Start mövqelərini tutan bölmələr planlı və plandan kənar şərti düşmən hədəflərinə raket zərbələrinin endirilməsi üzrə döyüş şəraitinə maksimal şərtlərdə tapşırıqları icra edir.

MN-nin yaydığı kadrlara əsasən Azərbaycanın ötən il Belarusdan aldığı "Polonez” operativ-taktiki raket kompleksləri də təlim poliqonlarına yeridilib. İstisna deyil ki, təlimlər çərçivəsində ilk dəfə bu sistemlərdən şərti hədəflərə atəş açılacaq.

"Polonez” operativ-taktiki kompleksləri yüksək dəqiqlikli silahdır və müxtəlif tipli raketlərdən atəş açır. Atəş məsafəsi raketlərin tipindən asılı olaraq 250-300 kilometrə çatır. Hər kompleks 8 yüksək dəqiqlikli, 250 kiloqramlıq döyüş başlığına malik raketlə təchiz olunub.
 
Qlobal.Az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook