SON XƏBƏR

Müdafiə Nazirliyi: Ermənilər mülki traktoru atəşə tutub

İyul 17
20:17 2019
Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur. Bu məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.

Qlobal.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"Eyni zamanda bildiririk ki, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub”, - Nazirliyin məlumatında bildirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook