SON XƏBƏR

Müdafiə naziri ön xətdə

Mart 24
10:27 2017
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdə olub.

Bu barədə  nazirliyin martın 23-ü yayılan məlumatında bildirilir.
 
Müdafiə naziri Ermənistan silahlı bölmələri ilə bilavasitə üzbəüz səngərlərdə xidmət edən hərbi qulluqçuları Novruz bayramı münasibətilə təbrik edib.

"Ön xətt mövqelərində vəziyyətlə bağlı məruzələri dinləyən müdafiə naziri müdafiənin dayanıqlığını, texnika və silahların, bölmələrin döyüş hazırlığı səviyyəsini, maddi-texniki bazanın vəziyyətini yoxlayıb.

Sonra hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və nahar süfrəsi arxasında söhbət aparılıb. Nazir şəxsi heyətin sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb”, - deyə məlumatda qeyd edilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook