SON XƏBƏR

Mübariz Qurbanlı: “Xaricə gedib terror qruplarına qoşulanlar avtomatik olaraq Azərbaycan vətəndaşlığını itirmiş sayılırlar”

Yanvar 19
13:04 2017
"Dini ekstremizm haqqında" qanuna və referendumda Konstitusiyaya edilən düzəlişlərə əsasən Azərbaycandan kənarda qeyri-qanuni silahlı birləşmələrin, terror qruplarının tərkibində iştirak edən şəxslərin ölkəyə girişi qadağandır”.
 
Qlobal.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
 
Dövlət Komitəsinin sədri bildirib ki, həmin şəxslər avtomatik vətəndaşlığı itirmiş sayılırlar: "Əgər bir adam öz ölkəsi yox, xaricdə hansısa qeyri-qanuni silahlı dəstədə iştirak edirsə, terrorla məşğul olursa, cinayətlər törədirsə, həmin adam ölkəyə buraxılmır. Bu da qanuni bir addımdır".
 
Qeyd edək ki, indiyədək Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olan 58 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook