SON XƏBƏR

Mübariz Qurbanlı: Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir

Sentyabr 23
10:45 2017
«Azərbaycan bütün dünyada tolerantlıq məkanı kimi tanınır. Ölkəmizdə dini etiqadından və mənsubiyyətindən asılı olmayaraq, hər kəsin vicdan azadlığı qorunur. Bu müddəa həm Konstitusiyamızda, həm də "Dini etiqad azadlığı haqqında” Qanunda əks olunmuşdur». Bu fikirləri yap.org.az saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.
 
M.Qurbanlı bildirib ki, BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Onun sözlərinə görə, multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik vədini müxtəlifliyi böyük sərvətimizdir.
 
«Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan olunması həm beynəlxalq, həm də regional səviyyədə çox böyük ictimai-siyasi, ideoloji əhəmiyyət daşıyır və zamanın çağırışlarına cavab verən mühüm bir addımdır. Hər bir dövrün müəyyən çağırışları olur və uzaqgörən liderlərin böyüklüyü də ondadır ki, bu çağırışlara da adekvat cavablar verilməsi üçün müvafiq qərarlar qəbul edirlər. Müasir dövrdə İslam dünyasının həmrəyliyə çox böyük ehtiyacı var. Bu həmrəyliyi yaratmaq, bununla bağlı müəyyən addımlar atmaq üçün belə bir çağırışın edilməsi çox böyük önəm daşıyır. İslam həmrəyliyi ideyası yalnız 2017-ci illə məhdudlaşmır, bu, uzaq perspektivə hesablanmış çağırışdır»- deyə, M.Qurbanlı qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook