SON XƏBƏR

Mübariz Qurbanlı: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu geopolitik siyasətdə alət rolunu oynayır

Aprel 14
12:01 2018
«ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu geopolitik siyasətdə alət rolunu oynayır. Bu təşkilat məqsədyönlü şəkildə məlum beynəlxalq dairələrə xidmət göstərir və  müəyyən milli dövlətlərə qarşı həqiqətdən uzaq bəyanatlar yayır». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.
 
M.Qurbanlı bildirib ki, Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT DTİHB-nin müşahidə missiyasının verdiyi bəyanat  xroniki xəstəliklər kimidir. Belə xroniki xəstəliklə rastlaşmağımız birinci dəfə deyil. Çünki əvvəlki seçkilərdə də biz təşkilatın bu tipli bəyanatlarının şahidi olmuşuq.
 
«Təbii ki, ATƏT DTİHB-nin müşahidə missiyasının bu mövqeyi sifarişlidir, ikili standartların göstəricisidir  və müəyyən məqsədlər daşıyır. Lakin bu cür bəyanatlar seçkilərdə xalqın Prezident seçdiyi cənab İlham Əliyevin siyasətinə təsir göstərə bilməz. Belə bəyanatlar həmin təşkilatların özləri üçündür, cəmiyyətimiz üçün heç bir önəm kəsb etmir. Əsas xalqın iradəsidir ki, Azərbaycan xalqı prezident seçkilərində cənab İlham Əliyevə yüksək etimad göstərdi»-deyə, YAP İcra katibinin müavini vurğulayıb.  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook